Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müqəddəs və şərəfli zirvədə” başlıqlı  anım günü  keçirilib

14.04.2022

13.04.22-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı vətənpərvərlik mövzusunda  2016-cı il Aprel döyüşlərinin şəhidi xüsusi təyinatlıların giziri Rusif Ağayevin anadan olmasının 35 illiyi münasibətilə "Müqəddəs və şərəfli zirvədə" başlıqlı  anım günü  keçirdi. Anım gününü  filialın müdiri Rahilə Qasımova  belə giriş sözü ilə açdı: 2016-cı ildə Zəfər yolumuzun başlanğıcını qoyan orduya, onun gücünə inam yaradan, hər zaman vətəni canlarından artıq sevən, öz qanları ilə tarix yazan igidlərimizdən biri xüsusi təyinatlıların giziri Rusif  İbrahim oğlu Ağayev haqqında  danışmaq istəyirəm.
Tədbir iştirakçıları  Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid olan  insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Filialın müdiri söylədi ki, Aprel döyüşləri  mənim xalqımın, mənim dövlətimin sarsılmaz iradəsini tükənməz gücünü bütün dünyaya tanıtdı. Bu  iradənin, bu gücün əsl mənbəyi  işğal olunmuş torpaqlarımız idi. Aprel döyüşlərində əsl qəhrəmanlıq göstərən Rusif 16 aprel 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olmuşdur. Bu il onun 35 yaşı tamam olur. Rusif  aprelin 6-da 2016-cı ildə kəşfiyatdan  qayıdarkən  qəhrəmancasına şəhid olmuşdur.  Tədbirdə Rusifin həyatı, keçdiyi  şərəfli döyüş  yolu haqqında ətraflı məlumat verildi. 
Tədbirdə Daşkəsən rayon Gürbulaq kəndinin tarix müəllimi Arifə  Abbasova  söylədi ki, Aprel döyüşlərindəki qələbəmiz orduya inamı artırdı, 2020 -cı ildə  tarixi zəfər qələbəmizin əldə olunmasında   mühüm rol oynadı. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın  birliyinin təcəssümü oldu. Elə bu həmrəyliyin sayəsində 44 günlük Vətən müharibəsində qələbə qazandıq. Rusif kimi şəhidlərimizin qisası alındı.
Tədbirdə 2 saylı Uşaq  Gənclər İdman Şahmat Məktəbinin futbol bölməsinin baş  məşqiçi müəllimi Elçin Quziryani də Aprel döyüşlərində  ordumuzun göstərdiyi qəhrəmanlıq,  igidliyin əsasında vətənpərvərlik,  vətənə olan böyük sevgi durduğunu söylədi. Kitabxananın oxucusu 44 saylı tam orta məktəbin şagirdi Anar Abbasov da söylədi ki, biz şəhidlərimizdən vətənpərvərlik hissini, tərbiyəsini öyrənirik.
Anım günündə 24 saylı orta məktəbin şagirdi Nuray Quliyeva "Adına qurban" şeirini söylədi.
Sonda aprel şəhidlərinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

 

62 KB

 

59.1 KB

 

73.2 KB